Meliorasiya işləri

Görülmüş işlər:

Hidrotexnika konstruksiyaları
Müxtəlif hidrotexniki qurğular vasitəsi ilə onlarla kilometr məsafədə suvarma sistemləri, suötürücü qapılar, suaşıranlar və sel ayırıcıları uğurla inşa edilib istismara verilmişdir.

SCADA sistemi
Suötürücü qapıların avtomatik açılıb bağlanmasını, eləcə də su sərfiyyatının təyin edilməsi, həmçinin həmin məlumatlatı mərkəzi sistemə ötürmək üçün günəş batareyaları ilə işləyən mini stansiyalar quraşdırılmışdır.

Suötürücü qapıların quraşdırılması
Su resurslarının daha effektiv istifadəsi üçün “Bakı İnşaat Layihə” tərəfindən köməkçi suötürücü qapılar inşa edilmişdir.

“Mini” kanalların və qurğuların tikintisi
– 877 hektar əkin sahəsinin suvarılması üçün tikilmişdir:
– paylama kanalları – 5780 p/m;
– suvarma kanalları – 13480 p/m;
– səviyyə qaldıran ötürücü qurğular – 98 ədəd;
– suötürücü qapılar – 106 ədəd.
Körpülərin tikintisi
Kanalların tikildiyi yerlərdə, eləcə də bir sıra əhali yaşayış məntəqələrində nəqliyyatın hərəkətinin, açıq drenaj sisteminin təmin olunması üçün körpülərin tikintisi həyata keçirilir.