Kənd təsərrüfatı məhsullarının becərilməsi üçün xüsusi ayrılmış ərazilərdə torpaqların suvarılması proqramı çərçivəsində “Bakı İnşaat Layihə” QSC tərəfindən Biləsuvar, Füzuli, Beyləqan, Şəmkir və Ağcabədi rayonlarında nasos stansiyaları, su anbarları, boru kəmərləri, yardımçı tikililər və digər tikililərdən ibarət suvarma sisteminin tikintisi həyata keçirilmişdir.
Bu ərazilərdə ümumi tikililər:
nasos stansiyaları – 17 ədəd;
tutumu 1000 kubmetrdən 6000 kubmetrə qədər olan su çənləri – 12 ədəd;
ümumi uzunluğu 139,8 km olan boru kəmərləri, o cümlədən:
təzyiqli su kəməri:
diametri 159 mm-dən 1020 mm-ə qədər olan 68,2 km uzunluğunda polad borular;
paylama şəbəkəsi:
diametri 720 mm-dən 820 mm-ə qədər olan 62,8 km uzunluğunda polad borular;
diametri 110 mm-dən 400 mm-ə qədər olan 73,5 km uzunluğunda PVC borular;
diametri 500 mm-dən 800 mm-ə qədər olan 6,4
km ümumi uzunluqlu kompozit borular;
Nasos stansiyalarının xarici enerji təchizatı təmin edilmişdir ki, bunun üçün də:
uzunluğu 52,9 km olan 10 kV-luq elektrik ötürmə xətti tikilmiş;
9 ədəd 10/6/0,4 kV; 10/6 kV və 10/0,4 kV -lıq yarımstansiya quraşdırılmışdır.